×
A
A
A
Sazlamalar

Ölkədə İİV-ə yoluxma səbəbinin 33,7 faizi inyeksion narkotik istifadəsidir

Bakı, 1 dekabr, AZƏRTAC

“Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən ölkə vətəndaşlarından 33,7 faizinin İİV-ə yoluxma səbəbi inyeksion narkotik istifadəsidir”.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
“Qeydiyyatda olan şəxslərin 55,3 faizində heteroseksual, 5,2 faizində homoseksual kontakt nəticəsində, 1,5 faizində anadan uşağa keçməklə, 0,01 faizində (1 nəfər) donor qanının köçürülməsi nəticəsində yoluxma baş verib. 4,3 faizində isə yoluxma yolu müəyyən edilməyib. Son illər digər region ölkələrdə olduğu kimi Azərbaycan da heteroseksual yoluxma yolu üstünlük təşkil edir”.



 

Cəmiyyət 2023-12-01 11:25:00