×
A
A
A
Sazlamalar

Azərbaycanda İİV-infeksiyasının aşkar edildiyi gündən bu günədək 1400 nəfər infeksiyadan dünyasını dəyişib

Bakı, 1 dekabr, AZƏRTAC

“Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu günədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9 min 167 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır”.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
“Onlardan 6 min 357-si (69,3 faiz) kişi, 2 min 810-ü (30,7 faizi) qadınlardır. 2023-cü ilin 11 ayının sonuna QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 2 min 80 nəfər olmuşdur. 1987-ci ildən bu günədək İİV-infeksiyasından dünyasını dəyişmiş Azərbaycan vətəndaşlarının sayı isə 1400 nəfər olub”,- deyə F.Məmmədov bildirib.

Cəmiyyət 2023-12-01 11:09:00