Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Şuşa, 1 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Turizm Agentliyi ilə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən birgə təşkil olunan tədbirin məqsədi türkdilli dövlətlərin ortaq turizm məhsulları və marşrutlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılması, bu sahədə əməkdaşlıq perspektivlərinin müzakirə olunmasıdır.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın rəsmi qurumlarının təmsilçiləri, mədəni irs üzrə ekspertləri iştirak edirlər.
Konfransda TDT üzv ölkələrin nümayəndələrinin “Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi” mövzusunda müzakirə və təqdimatları olacaq.
Xocalıda 32 ildən sonra ilk Bilik Günü keçirilir FOTO
Naxçıvanda ilk dəfə “tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək