"Köhlən atlar" Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib - YENİLƏNİB-7
Molde, 1 dekabr, AZƏRTAC
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyuna çıxıb.
AZƏRTAC-ın Moldeyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Ağdam təmsilçisi H qrupundakı beşinci matçında Norveçdə "Molde"nin qonağı olub. "Aker" stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Hesabı 11-ci dəqiqədə Ağdam klubunun heyətində Juninyo açıb. Rəqib müdafiəçidən yayınan braziliyalı hücumçu qapıçı ilə dueldən qalib ayrılıb. İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarıya daha yaxşı başlayan norveçlilər iki top vuraraq hesabı öz xeyirlərinə dəyişiblər. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə fərqlənib. Son nöqtəni isə 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə qoyub.
Bu nəticədən sonra "Qarabağ" xallarını 7-yə çatdıraraq ikinci pillədəki mövqeyini qoruyub. "Köhlən atlar" ən pis halda Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib. Altı xalı olan "Molde" isə üçüncü sırada qalıb.
Qrupun digər matçında isə Almaniya "Bayer"i İsveçdə "Hekken"i 2:0 hesabı ilə məğlub edib.
01:58
UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə "Molde" və "Qarabağ" arasında keçirilən V turun oyununda dördüncü qol vurulub.
AZƏRTAC-ın Molde şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Bəhlul Mustafazadə (“Qarabağ”) 90+5-ci dəqiqədə fərqlənib - 2:2.
01:52
UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə "Molde" və "Qarabağ" arasında keçirilən V turun oyununda üçüncü qol vurulub.
AZƏRTAC-ın Molde şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, meydan sahibləri 87-ci dəqiqədə ikinci topu Ağdam təmsilçisinin qapısından keçirib.
Kristian Eriksen dubl edib - 2:1.
01:46
UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə "Molde" və "Qarabağ" arasında keçirilən V turun oyununda ikinci qol vurulub.
AZƏRTAC-ın Molde şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, meydan sahibləri 82-ci dəqiqədə hesabı bərabərləşdiriblər.
Rəqibin heyətində Kristian Eriksen fərqlənib.
01:12
AZƏRTAC-ın Molde şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə "Molde" və "Qarabağ" komandaları arasında keçirilən V turun oyununda ikinci hissə başlayıb.
00:52
UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə "Molde" və "Qarabağ" komandaları arasında keçirilən V turun oyununda ilk hissə başa çatıb.
AZƏRTAC-ın Molde şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Aker" stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu fasiləyə 1:0 hesabı ilə üstün yollanıb. Yeganə qolu 11-ci dəqiqədə Juninyo vurub.
00:19
UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə "Molde" və "Qarabağ" komandaları arasında keçirilən V turun oyununda hesab açılıb.
AZƏRTAC-ın Molde şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, 11-ci dəqiqədə Juninyo qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.
00:00
UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə "Molde" və "Qarabağ" komandaları arasında V turun oyunu başlayıb.
AZƏRTAC-ın Molde şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Aker" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
Matçı Belçika Futbol Federasiyasından Erik Lambrexts idarə edir.
Dörd turdan sonra "Qarabağ" 6 xalla qrup ikincisidir. Eyni xala malik "Molde" isə üçüncü pillədə qərarlaşıb.
Avropa Liqası: Türkiyə klubları qələbə qazana bilməyib
Konfrans Liqasında birinci tura yekun vurulub
Qurban Qurbanov: Bu cür oyunlarda motivasiya önəmlidir
“Malmö”nün baş məşqçisi: Layiqli qələbə qazandıq
Avropa Liqası: “Qarabağ” “Malmö”yə məğlub olub - YENİLƏNİB-6