×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda yanan bina polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb YENİLENİB VİDEO

Bakı, 30 noyabr, AZƏRTAC

Bakı şəhərinin Binəqədi rayonunun Mir Cəlal küçəsi 145 ünvanında yanğınla əlaqədar yaşayış binası polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sakinlərin əmlakı mühafizə altındadır, əraziyə nəzarət artırılıb.
Müvafiq tədbirlər davam etdirilir.

20:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Mir Cəlal küçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.

Cəmiyyət 2023-11-30 20:19:00

Video