×
A
A
A
Sazlamalar

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası SABİ SUN Beynəlxalq məktəbində tibbi aksiya keçirib

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası SABİ SUN Beynəlxalq məktəbində Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tibbi aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində 123 nəfər müayinə olunub. Müayinələr əsasında refraksiya patologiyası, allergik konyunktivit və s. diaqnozlar aşkar olundu.
Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.
Tibbi aksiya Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti dr. Leyla Əliyeva, dr. Nərgiz Əhmədova və rezident dr. Emin Ərəbov tərəfindən həyata keçirildi. Bununla yanaşı, aksiyada "Elmi-məlumat, tədris və təşkilati-metodik" bölməsinin müdiri t.ü.f.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, Təşkilat şöbəsinin işçiləri Leyla Qurbanova və Zuleyxa Yusifova iştirak ediblər.

Cəmiyyət 2023-11-30 19:32:00