Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər yeni mənzilləri ilə tanış olublar
Bakı, 30 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakının Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edilib.
Bu da ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailə üzvlərinə, həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarına böyük diqqət və qayğının növbəti təzahürüdür.
Beləliklə, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il onlara ən azı 1500 mənzilin verilməsi nəzərdə tutulub ki, artıq 1100 mənzil verilib.
Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilən mənzillərin sayı artıq 5600-ə çatıb. Ümumilikdə ötən dövrdə isə onlara 14 400 mənzil verilib.
Şəhidlərimizin yadigarları və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlarımız yeni yaşayış binasında onlara verilən mənzillərlə, habelə ərazidə yaradılan şəraitlə tanış olublar.
Yeni mənzil sevincini yaşayan şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Masazırda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının VII Hesabat-Seçki Konfransı başa çatıb
Şuşanın məşhur Mehmandarovlar nəsli və onların mühüm xidmətləri
Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də olub
Gənc liderlər MDB ölkələrində könüllülər hərəkatı ilinə yekun vurublar