Dünya çempionatı: Azərbaycan güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıblar
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycanın sərbəst güləşçisi Orxan Abbasov Bakıda keçirilən hərbçilər arasında 36-cı dünya çempionatının ikinci günündə qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 79 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz final görüşündə qazaxıstanlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadınların mübarizəsində isə Ruzanna Məmmədova (59 kiloqram) rəqibini üstələyərək birinci yeri tutub.
Azərbaycanın digər təmsilçisi - 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Ceyhun Allahverdiyev türkiyəli Ahmet Dumana məğlub olaraq gümüş medalın sahibi olub.
Turnirin ilk günü Əli Rəhimzadə (65 kiloqram), Hacı Əliyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram) və İbrahim Yusubov (92 kiloqram) qızıl medal qazanıblar. Elnurə Məmmədova (52 kiloqram) ikinci, Nərgiz Səmədova (50 kiloqram) isə üçüncü yerləri tutublar.
Bununla da Azərbaycan güləşçiləri komanda hesabı ilə birinci pillədə qərarlaşıblar.
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”ni məğlub edib
Azərbaycan idmançıları Batumidə keçirilən beynəlxalq turnirdə uğur qazanıblar
Bakı növbəti dəfə Formula 1 Azərbaycan Qran-Prisinə uğurla ev sahibliyi edib
Oskar Piastri: İnkişafımda böyük rol oynadığına görə komandama təşəkkür edirəm
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar