Vüqar Kərimov: 2020-ci ildən sonra qarşımızda yeni çağırışlar yarandı
Bakı, 30 noyabr, AZƏRTAC
2020-ci ildən sonra qarşımızda yeni çağırışlar yarandı. Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsi, həmin ərazilərə Böyük Qayıdış təbii ehtiyatlara böyük tələbatın olacağını diktə edir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Azərbaycanda dağ-mədən sənayesinin inkişafı: reallıqlar, çağırışlar və perspektivlər" kitabının təqdimat mərasimində deyib.
"Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar və su ehtiyatları baxımdan çox zəngindir. Təəssüf ki, 30 illik işğal dövründə həmin ehtiyatlara çox böyük ziyanlar vurulub. Həmin ərazilərdəki yataqların böyük hissəsi qanunsuz istismar olunub və daşınıb. Yataqlara dəymiş ziyanın və onların mövcud ehtiyatların yenidən qiymətləndirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir", - deyə nazir müavini bildirib.
Radioloq: Ultrasəs müayinələrində vizual nəticələri yaratmaq üçün səs dalğalarından istifadə edilir
Yanvarın 14-ü üçün hava proqnozu açıqlanıb
Ötən il əlilliyi olan şəxslərə 97 min reabilitasiya vasitəsi təqdim edilib
Polkovnik: Qərbin Ermənistanı sürətlə silahlandırması regional sülh üçün böyük təhdiddir