×
A
A
A
Sazlamalar

Ceyhun Kərəmov: Növbəti illərdə peşə təmayüllü məktəblərin sayının 600-ə çatdırılması planlaşdırılır

Bakı, 30 noyabr, AZƏRTAC

Peşə təmayüllü siniflər ümumtəhsil məktəblərində 4 ildən çoxdur ki, fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov noyabrın 30-da keçirilən brifinqdə deyib. O bildirib ki, bu gün 200-dən çox məktəbdə peşə təmayüllü siniflər var.
“Həmin məktəblərdə 4 mindən çox tələbə var. Növbəti illərdə peşə təmayüllü məktəblərin sayının 600-ə çatdırılması planlaşdırılır”, - deyə Ceyhun Kərəmov qeyd edib.

Elm və təhsil 2023-11-30 17:41:00