×
A
A
A
Sazlamalar

AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib

Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin qurulmasının təmin edilməsi ilə bağlı sahibkarlara müraciət ünvanlayıb.
Bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a məlumat verilib.
Müraciətdə bildirilir ki, müvafiq qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. Həmçinin qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində müvafiq sistemə əsaslanan prosedurları tətbiq etməli və həmin prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. Eləcə də obyektlərdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı HACCP-a əsaslanan daxili nəzarət sistemləri tətbiq olunmalıdır.
Qeyd edək ki, HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən olunması, qiymətləndirilməsi və onlara nəzarət edilməsi sistemidir. Bu sistemə əsaslanan prosedurlar qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlarla müəyyən edilir.

Cəmiyyət 2023-11-30 16:59:00