×
A
A
A
Sazlamalar

Azərbaycan Kuboku: Səkkizdəbir final mərhələsinin bütün cütləri müəyyənləşib

Bakı, 30 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə daha iki görüş keçirilib.
"Şamaxı” səfərdə "Zaqatala"ya 1:0 hesabı ilə qalib gəlib. Komanda səkkizdəbir finalda "Səbail"in rəqibi olacaq.
Günün digər matçında "İmişli" evdə "Mingəçevir"i eyni hesabla məğlub edib. Növbəti tura yüksələn İmişli təmsilçisi "Qəbələ" ilə üz-üzə gələcək.
Daha əvvəl "Karvan", "İrəvan", MOİK, "Səbail", "Turan Tovuz", "Qaradağ Lökbatan”, "Kəpəz", "Araz-Naxçıvan" və "Sumqayıt" səkkizdəbir finala vəsiqəni təmin ediblər.
Bununla da ölkə kubokunda səkkizdəbir final mərhələsinin bütün cütləri bəlli olub.

Azərbaycan Kuboku
Səkkizdəbir final

"Səbail" - “Şamaxı”
“Zirə” - "Turan Tovuz"
"İrəvan" - "Araz-Naxçıvan"
“İmişli” - “Qəbələ”
"Sumqayıt" - "Karvan"
“Neftçi” - "Qaradağ Lökbatan"
"Kəpəz" - “Sabah”
“Qarabağ” - MOİK
Növbəti turun qarşılaşmaları dekabrın 19-21-də oynanılacaq.

 

İdman 2023-11-30 16:56:00