Şəhid övladlarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub
Bakı, 29 noyabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bir qrup şəhid övladının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uşaqlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv, sənədlər, kitablar, eləcə də müxtəlif eksponatlarla tanış edilib.
Ekskursiya çərçivəsində uşaqlar Mərkəzdə Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, tükənməz təbii sərvətlərini əks etdirən sərgi ilə də tanış olublar.
İslam dünyasının “Gənclər Paytaxtı” olan Şuşa şəhəri yenidən gəncləri bir araya gətirib
Azərbaycan nümayəndə heyəti Ər-Riyadda COP16 konfransında iştirak edir
Brüsseldə intellektual oyun axşamı keçirildi
Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilib
Masazırda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb