Quş xəstəlikləri ilə əlaqədar bir sıra ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, İsveç Krallığının Esterqotlandiya əyalətində qeydə alınmış Nyukasl, İspaniya Krallığının Əndəlüs, Estremadura, Kastilya-La Mança muxtar icmalarında, Rusiya Federasiyasının Saratov vilayətində, Serbiya Respublikasının Orta-Banatski, Şimali-Baçski, Cənubi-Baçski, Qərbi-Baçski dairələrində isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adları çəkilən inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
İşçi qrup: 8 ayda qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisində azalma qeydə alınıb
AQTA: İctimai iaşə obyektlərində qida tullantılarına dair tələblərə əməl olunmalıdır!
Konstitusiya Məhkəməsi Palatasının iclasında Səbail Rayon Məhkəməsinin müraciətinə baxılıb