×
A
A
A
Sazlamalar

Sədr: Özəl tibb müəssisələrinin inkişafı prioritet məsələlərdən biridir

Bakı, 29 noyabr, AZƏRTAC

“Özəl tibb müəssisələrinin inkişafı bu gün dövlət siyasətinin qarşısında duran prioritet məsələlərdən biridir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Özəl Tibb Müəssisələri İctimai Birliyi İdarə Heyətinin sədri Günel Əliyeva bildirib.
O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində respublikamızda özəl sektor dinamik inkişaf edib: “Bununla yanaşı, mən fəaliyyətimin 17 ildən çoxunu özəl sektorda çalışan bir mütəxəssis kimi deyə bilərəm ki, bu sahədə bu gün problemlər heç də az deyil. Sözügedən problemlərin həlli istiqamətində tədbirlər görməyin vacibliyini anlayaraq biz, bir neçə özəl tibb müəssisəsinin rəhbərliyi birləşərək Özəl Tibb Müəssisələri Assosiasiyası təsis etdik. Məqsədimiz özəl tibb müəssisələrinin problemlərini işıqlandırmaq, eləcə də onların həlli yollarını tapmaqdır”.
G.Əliyeva bu gün keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş toplantıda dövlət qumları ilə sıx əməkdaşlıq yaranacağına və nəticədə özəl sektorda yaranan problemlərin həlli yolları istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcəyinə əminliyini ifadə edib.

 

İqtisadiyyat 2023-11-29 17:53:00