“Tale şairi: Məmməd İsmayıl” xatirə-romanının təqdimatı keçiriləcək
Bakı, 29 noyabr, AZƏRTAC
Bu günlərdə yazıçı-şair, ssenarist Turan Uğurun “Tale şairi: Məmməd İsmayıl” xatirə-romanı çap olunub.
AZƏRTAC xəbər verir ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təşəbbüsü ilə nəşr olunan kitabın tezliklə təqdimatının keçirilməsi nəzərdə tutulur.
Kitab Turan Uğurun sevimli şairimiz Məmməd İsmayılla 2 il 3 aylıq müddət ərzində apardığı söhbəti əsasında hazırlanıb.
Bu söhbətlərdə zaman-zaman müxtəlif xatirələrin qanadında 30-40 il əvvələ səyahət edilir. Eyni zamanda, müəllif xatirə-romanda Məmməd İsmayılla bağlı müxtəlif insanların xatirələrini yazmaqla yanaşı, həm də məqam düşdükcə öz təəssüratlarını, linqvistik təhlillərini, ədəbi qənaətlərini də əks etdirir. Əsərin xatirə-roman janrında yazılması həm bioqrafik ehtivaya, həm də fikrin bədii formada təcəssümünə şərait yaradır.
Qeyd edək ki, “Tale şairi: Məmməd İsmayıl” xatirə-romanı Turan Uğurun sayca ikinci kitabıdır. Bundan əvvəl müəllif 2021-ci ildə "Sətirlər" kitabını oxuculara təqdim edib.
Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub VİDEO
Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb
Dövlət Uşaq Filarmoniyası “Qırmızı Papaq” tamaşası ilə çıxış edib