×
A
A
A
Sazlamalar

Süni intellektin dünyada bir çox fəaliyyət sahələrinə təsir etmək potensialı həddindən artıq böyükdür

Bakı, 29 noyabr, AZƏRTAC
“Proofcheck” startapı - xüsusi olaraq kitab naşirləri, eləcə də jurnal nəşriyyatları kimi digər məzmun yaradıcıları üçün hazırlanmış süni intellekt vasitəsilə korrektura üçün nəzərdə tutulan platformadır. Bu platforma bizə gözəl kitab və ya jurnal tərtib etmək, kitabın vizual formatlaşdırma səhvlərini, eləcə də orfoqrafik və qrammatik səhvləri düzəltməyə imkan verir.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində İtaliyanın “Proofcheck” startapının həmtəsisçisi Tara Veckovska Merrigan deyib.
“Hazırki dövrdə nəşriyyat sahəsində süni intellektin tətbiq olunmasının inkişafını çox maraqla izləyirik. Düşünürəm ki, süni intellektin dünyada bir çox fəaliyyət sahələrinə təsir etmək potensialı həddindən artıq böyükdür. Misal üçün, süni intellekt sayəsində kitab və jurnalların nəşriyyatı daha da asanlaşacaq və avtomatlaşacaq, bununla da mexaniki korrekturadan istifadəyə ehtiyac olmayacaq”, - deyə Proofcheck” startapının həmtəsisçisi vurğulayıb.

Mədəniyyət 2023-11-29 14:59:00