×
A
A
A
Sazlamalar

“Səbail” tarixinin ən böyükhesablı kubok qələbəsini qazanıb

Bakı, 29 noyabr, AZƏRTAC
“Səbail” tarixinin ən böyükhesablı kubok qələbəsini qazanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Şahin Diniyevin yetirmələri buna Azərbaycan Kubokunun 2023-2024-cü illər mövsümünün II təsnifat mərhələsində “Şəfa”nı 7:0 hesabı ilə məğlub etməklə nail olub. Bu, həm də “dənizçilər”in tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı səfər qələbəsinin təkrarıdır.
Bakı klubu I divizionda oynadığı 2016-2017-ci illər mövsümündə də rəqib meydanında 7 top fərqi ilə qalib gəlib.
2017-ci il fevralın 22-də “Səbail” “Göyəzən”lə səfər matçında indiki kimi 7 cavabsız qolla üstün olub. Həmin rekordu təxminən 6 il 9 aydan – 2470 gündən sonra təkrarlayan paytaxt təmsilçisi tarixinin üç ən böyükhesablı qələbəsindən birini bayram edib.
“Səbail” tarixinin ən böyük qalibiyyəti də I divizionda qeydə alınıb. Paytaxt klubu “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 2016-cı il noyabrın 24-dəki həmin rekord fərqin təkrarlanması üçün bir top çatmayıb.

İdman 2023-11-29 13:21:00