×
A
A
A
Sazlamalar

Ulu Öndərin 100 illiyinə həsr olunan güc idman növləri üzrə turnir keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş güc idman növləri üzrə üçüncü turnir təşkil olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Stronqmen Federasiyasından məlumat verilib. Turnirdə 150-dən artıq idmançı üç növdə - “strict curl”, “deadlift” və “log lift”də güclərini sınayıblar.
Müxtəlif yaş kateqoriyası üzrə təşkil olunan yarışda qadınlar və sağlamlıq imkanları məhdud idmançılar da mübarizə aparıblar.
“Strict curl” yarışlarında böyüklərin mübarizəsində Əli Tayirov (60 kiloqram), Ayxan Həşimov (67,5 kiloqram), Xansu Müslimov (82,5 kiloqram), Sənan Şükürov (90 kiloqram), Səbuhi Tağızadə (100 kiloqram), Mikayıl Cəfərov (110 kiloqram) və Surət Pirnəzərov (125 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci olublar.
“Deadlift2 hərəkətində Tacir Məcdunov (70 kiloqram), Sadiq Kamilov (80 kiloqram), Roman Əhmədov (90 kiloqram), Ziyad Cabarov (100 kiloqram), Seymur Quliyev (110 kiloqram) və Nicat Xosrovzadə (110 kiloqramdan yuxarı) qızıl medal qazanıblar.
“Log lift” yarışlarında Vadim Yelenov (80 kiloqram), Sahib Bağırov (95 kiloqram) və Cavid Abbasov (110 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sahib Bağırov 130 kiloqram nəticə ilə Azərbaycan rekordunu müəyyənləşdirib.
Turnirdə 44 günlük Vətən müharibəsi qazisi Polad Rzayev də iştirak edib. Azərbaycan Stronqmen Federasiyasının vitse-prezidenti Namiq Cəfərovun rəhbərliyi altında hazırlıq keçən idmançı uğurlu çıxışı ilə diqqət çəkib.

İdman 2023-11-29 13:08:00