Startaplar üçün Azərbaycanın Koreya ilə birgə təlim proqramına qeydiyyat başlayıb
Bakı, 29 noyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə startaplar və startap mentorları üçün təlim proqramına qeydiyyat başlayıb.
AZƏRTAC xəbər verir ki, onlayn və oflayn formatda həyata keçiriləcək bu proqram startap ekosistemində akselerasiya və mentorluq potensialının gücləndirilməsinə yönəlib.
Unikal biliklərlə zəngin proqram çərçivəsində startaplar üçün SAP (Startup Acceleration Program) və startap mentoru olmaq istəyən akademik heyət üçün TTT (Train the Trainer) təlimləri keçiriləcək.
Qeyd edək ki, proqramın sonunda 10 ən uğurlu startap komandasının hər birinə “Samsung Galaxy Tab S9” planşet hədiyyə ediləcək.
Son qeydiyyat tarixi dekabrın 24-dür.
Birinci Azərbaycan-Rusiya Maliyyə Dialoqu keçirilib
Azərbaycan “Kosmik iqtisadiyyat üzrə liderlərin V Sammiti”ndə təmsil olunub
Bu il əhaliyə göstərilən ödənişli xidmətlərin 75 faizdən çoxu hüquqi şəxslərin payına düşüb