Əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb VİDEO
Hacıqabul, 29 noyabr, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 1000 manat qarşılığında əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Lənkəran rayon sakini İlqar Əmənullayev rayonun Nəvahi kəndi ərazisində saxlanılıb. Onun əlində olan torbaya keçirilən baxış zamanı 630 qram tiryək, 100 qrama yaxın metamfetamin və 600 qramdan artıq olan marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı İ.Əmənullayev sosial şəbəkə vasitəsilə tanış olduğu "Toral" adlı iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotik vasitələri 1000 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm
Yeniyetmə voleybolçuların Azərbaycan birinciliyi keçirilir
Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb
Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik