×
A
A
A
Sazlamalar

Dövlət Məşğulluq Agentliyinin rəhbəri: Media sahəsində gənc mütəxəssislər müxtəlif sahələr üzrə ixtisaslaşacaq

Bakı, 29 noyabr, AZƏRTAC

Böyük media qurumları və təhsil müəssisələri ilə Çoxtərəfli Əməkdaşlıq Memorandumu imzalanıb. İmzalanan Memorandumun çox böyük əhəmiyyəti var. Memorandum çərçivəsində media sahəsindəki əmək bazarlarının ehtiyaclarının öyrənilməsi və bu sahədə keyfiyyətli kadr hazırlığının həyata keçirilməsi hədəfi müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
“Düşünürəm ki, əməkdaşlıq çərçivəsində kifayət qədər əmək tutumlu olan media sahəsində gənc mütəxəssislər yetişəcək. Həmin mütəxəssislər müxtəlif sahələr üzrə ixtisaslaşacaq”, - deyə Mustafa Abbasbəyli əlavə edib.

Cəmiyyət 2023-11-29 12:41:00