Qubada xeyli sayda sənədsiz silah-sursat polisə təhvil verilib
Quba, 29 noyabr, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon sakini E.Mirzəyev yol kənarından tapdığı 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 30 ədəd güllə, 4 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, “PK” pulemyot patronlarını üzərində saxlayan 1 ədəd sep və 1 ədəd patron qutusunu könüllü olaraq Quba RPŞ-ə təqdim edib.
Bundan başqa, keçirilən profilaktik tədbirlərin nəticəsində 1 ədəd ov tüfəngi təhvil götürülüb.
Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirir
Novruz bayramı ərəfəsində Lənkəranda yerli turistlər üstünlük təşkil edir - REPORTAJ
Şamaxıda avtomobil dərəyə yuvarlanıb, xəsarət alanlar var VİDEO