İmran Xanın məhkəməsi həbsxanada və ictimaiyyət üçün açıq keçiriləcək
Bakı, 29 noyabr, AZƏRTAC
Çərşənbə axşamı Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xanın “rəsmi sirləri açıqlamaq” ittihamı ilə həbsxanada açıq mühakimə olunmasına qərar verib.
AZƏRTAC Pakistan KİV-ə istinadla xəbər verir ki, xüsusi məhkəmə hakiminin qərarı keçmiş Baş nazirin vəkillərinin “təhlükəsizliyə təhdidləri” əsas gətirilərək, İmran Xanın fiziki olaraq məhkəmə qarşısına çıxa bilməməsindən sonra verilib.
Adiala həbsxanası rəhbərliyinin hesabatına baxdıqdan sonra hakim Əbual Həsnat Zülqərneyn məhkəmənin həbsxanada keçiriləcəyinə, müttəhimin ailə üzvlərinin və medianın dinləmələrdə iştirakına icazə veriləcəyinə qərar verib.
İslamabad Ali Məhkəməsi keçən həftə İmran Xanın həbsxanada mühakiməsini “qanunsuz” elan edib. Onun vəkili Naim Hayder Panjutha “X” sosial şəbəkəsində yazıb: “Həbsxana rəhbərliyi məhkəmə qarşısında hesabat təqdim etdi və İmran Xanın həyatına ciddi təhlükə olduğuna görə onu məhkəmə binasına gətirə bilməyəcəyini bəyan etdi. O əlavə edib: "Lakin biz bu məhkəməni (həbsxanada) qəbul etməyə hazır deyilik və bu proses İslamabad Məhkəmə Kompleksində keçirilməlidir".
İmran Xan avqust ayında həbs edilib və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi ilə birlikdə ona qarşı dövlət sirlərini yaymaqla bağlı ittiham irəli sürülüb. Hər iki şəxs özlərini təqsirli bilməyib.
İtaliyada daşqın səbəbindən mindən çox insan təxliyə olunub
ABŞ-ın 25 ştatında COVID-19 virusunun yeni ştamı yayılıb
Şalva Papuaşvili: ABŞ Gürcüstanda demokratiyanı sarsıtmaq istəyir
Yutubda bir neçə yeni funksiya əlavə olunub
Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik