Astara rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib
Astara, 29 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq, noyabrın 29-da Astara rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.
İştirakçılara, həmçinin “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş etdirilib.
Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah edilib.
Beynəlxalq düşərgənin iştirakçısı: Xalqımızın mədəniyyətini digər ölkələrin gənclərinə tanıdırıq
Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 806 milyon manatdan çox olub
Muxtar respublikada dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 48,2 faiz artıb
Sumqayıtda mənşəyi məlum olmayan ətin satışa çıxarılmasının qarşısı alınıb