×
A
A
A
Sazlamalar

ABŞ-ın hərbi təyyarəsi Yaponiya sahillərində qəzaya uğrayıb VİDEO

Pekin, 29 noyabr, AZƏRTAC

ABŞ hərbi hava qüvvələrinə məxsus “Ospery” hərbi təyyarəsi Yaponiyanın Yakuşima adası yaxınlığında qəzaya uğrayıb.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, içərisində 8 nəfər olan təyyarə yerli vaxtla 14:47-də okeana düşüb.
Patrul qayıqları və təyyarələr axtarış işlərinə cəlb olunub. Hələlik hadisənin səbəbləri bilinmir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2023-11-29 11:59:00

Video