Metronun köhnə stansiyalarında avtomatik pandusların quraşdırılması prosesi öyrənilir
Bakı, 29 noyabr, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin köhnə stansiyalarında liftlərin quraşdırılması texniki cəhətdən mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, hazırda avtomatik pandusların quraşdırılması ilə bağlı mövcud infrastruktur öyrənilir. Onun sözlərinə görə, ümumiyyətlə pandusların quraşdırılmasında texniki tələblər var.
“Pandusların quraşdırılmasında mayillik xüsusi əhəmiyyət kəsb edir. Yeni stansiyalarda quraşdırılmış panduslardan 2019-cu ildən bəri istifadə edənlərin sayı artmaqda davam edir. Bu ilin sentyabr-oktyabr aylarında 100-dən artıq sifariş daxil olub, noyabr ayında 90 sifariş icra olunub. Ayın sonuna qədər bu rəqəm 100-ü keçəcək”, - deyə B. Məmmədov əlavə edib.
Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu ilə tranzit daşınan sərnişinlərin sayı 373 mini ötüb
Dünya birjalarında neft bahalaşıb
Latviya ilə vergi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib