AMB: İKZF hesabına verilmiş ipoteka kreditlərinə tələb azalıb
Bakı, 29 noyabr, AZƏRTAC
Cari ilin III rübündə ipoteka kreditləri üzrə tələb azalıb. Belə ki, bankların daxili ipoteka kreditləri üzrə kredit tələblərində önəmli dəyişiklik olmasa da, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilmiş ipoteka kreditləri üzrə kredit tələbində azalma müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri"ndə qeyd olunub.
"Banklar cari ilin növbəti rübündə İKZF hesabına veriləcək ipoteka kreditlərində cari rüb ilə müqayisədə kredit tələbində artımın olacağını, cəmi ipoteka kreditlərində isə tələbin dəyişməyəcəyini proqnoz edirlər", - deyə məlumatda vurğulanır.
İpoteka kreditləri üzrə kredit standartlarına təsir edən faktorlara gəlincə bildirilir ki, həmin standartlara yumşaldıcı və sərtləşdirici təsir göstərən faktorların təsir dərəcəsi son rüblər ərzində azalıb: "Son rüb ərzində ipoteka kreditləri üzrə standartlara yumşaldıcı təsir edən faktor inflyasiya gözləntiləri olub. Sərtləşdirici faktorlar arasında ən yüksək təsirə malik faktor isə maliyyələşmə dəyəri olub ki, eyni faktor biznes kreditləri üzrə standartların da əsas sərtləşdirici faktoru olub. Bundan əlavə, son 7 rüb ərzində ipoteka kreditləri üzrə kredit standartlarına yumşaldıcı təsir göstərən faktorların, əsasən də ümumi iqtisadi gözləntilər və digər banklarla rəqabət faktorlarının ipoteka kreditləri üzrə standartlara yumşaldıcı təsirinin azaldığı müşahidə edilib".
Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlərin iqtisadi əlaqələrini gücləndirəcək – ŞƏRH
Bəzi avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti dəyişdirilib
Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub