×
A
A
A
Sazlamalar

“Toyota” avtomobil istehsalı və satışında rekord göstəriciyə nail olub

Bakı, 29 noyabr, AZƏRTAC
Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” dərc etdiyi hesabatda korporasiyanın oktyabr ayında beynəlxalq istehsal və satış həcmində rekord göstəriciyə nail olduğunu qeyd edib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, ötən ay korporasiyanın istehsal həcmi 900 min avtomobil təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 16,7 faiz çoxdur. Eyni zamanda, oktyabr ayı üzrə satış həcmi 7 faiz artaraq 890 min avtomobilə çatıb.
Müvafiq müsbət tendensiyaya əsasən Avropa və Şimali Amerika avtomobil bazarlarında “Toyota” məhsullarına tələbatın artması ilə izah olunur.
2022-ci ildə “Daihatsu” və “Hino” törəmə kompaniyaları ilə birgə 10,48 milyon avtomobil satan “Toyota” korporasiyası ardıcıl olaraq üçüncü ildir ki, dünya üzrə avtomobil satışında birinci yeri tutur.

Dünya 2023-11-29 11:44:00