Gələn il Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək
Bakı, 29 noyabr, AZƏRTAC
2024-cü ildə Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.
"Bildiyimiz kimi, 2020-ci ilə qədər hər il Azərbaycanda beynəlxalq sığorta forumu təşkil olunurdu. Lakin 2020-ci ildən bütün dünyanı öz cənginə alan COVID-19 pandemiyası bir çox layihələrin olduğu kimi bu forumun da müvəqqəti dayanmasına səbəb oldu. Lakin biz 2024-cü ildə ölkəmizdə beynəlxalq sığorta forumu ənənəsini yenidən bərpa edəcəyik. Bu forumda yerli sığortaçılarımızın dünya sığorta bazarları ilə birbaşa kommunikasiyası güclənəcək və dünya sığortaçıları sığorta sektorumuzla yaxından tanış olacaqlar", - deyə E.Mirsalayev qeyd edib.
Bakıda “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” forumu keçirilir
Dünya birjalarında neft ucuzlaşıb
Azərbaycan neftinin qiyməti 78 dollardan aşağı düşüb
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib
Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək