“Save the Children”: Sudan dünyada ən böyük köçkün uşaqlar böhranı ilə üzləşib
Bakı, 28 noyabr, AZƏRTAC
Sudan dünyada ən böyük köçkün uşaqlar böhranı ilə üzləşib: hər gün təxminən 7600 uşaq müharibə səbəbi ilə evlərini tərk edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Save the Children” qeyri-hökumət təşkilatı bildirib. “Hər gün təxminən 7600 uşaq müharibə səbəbi ilə Sudanda evlərini tərk edir, burada artıq yeddi aydır ki, ölkənin əksər hissəsində dəhşət və dağıntılara səbəb olan hərbi əməliyyatlar keçirilir, eyni zamanda, hazırda uşaqların səkkizdəbir hissəsi evlərini tərk etmək məcburiyyətindədir”, - “Save the Children” təşkilatının açıqlamasında deyilir.
QHT izah edib ki, onlarla köçkün “Save the Children” təşkilatının tibbi personalı və təşkilatın mühafizə xidmətinə təcili yardımla bağlı müraciət edib, çünki onlar “dəhşətli cinsi istismar, həyatı dəyişdirən travmalar və ya kəskin psixoloji sıxıntı” ilə üzləşiblər.
Sudan “tarixdə ən böyük köçkün uşaqlar böhranı” səhnəsidir: təxminən 23 milyonluq əhalidən üç milyon uşaq 2023-cü il aprelin ortasından düşərgələr, məktəblər, köçkünlər mərkəzlərində sığınacaq axtarışı məqsədilə zorakılıqdan xilas olunurlar”, - deyə QHT bildirir.
Ən son məlumatlara görə, 2023-cü il oktyabrın əvvəlindən noyabrın 15-dək 350 minə yaxın uşaq köçürülüb. Bu rəqəmə bundan əvvəl köçürülən, lakin ikinci və ya üçüncü dəfə sığınacaq axtarmağa məcbur olan uşaqlar daxildir.
“Save the Children” təşkilatının Sudandakı direktoru Arif Nur bu ölkədə zorakılığın çox yüksək səviyyədə olduğunu deyib. “İnsan haqları ciddi şəkildə pozulur, geniş yayılıb və davam edir, lakin böhran tamamilə nəzərə alınmır. Cəzasızlıq mühiti baş alıb gedir”, - deyə A.Nur vurğulayıb.
Müharibə Sudan Ordusu və Sürətli Dəstək Qüvvələri arasında dərin ziddiyyətlər səbəbindən baş verib. BMT-nin məlumatına görə, bu qarşıdurma artıq minlərlə insanın həlak olmasına və Sudanda 7,1 milyondan çox məcburi köçkünün əmələ gəlməsinə səbəb olub, buna görə də Sudan dünyada ən çox məcburi köçkün olan ölkəyə çevrilir.
Bu yaxınlarda tərəflər Səudiyyə Ərəbistanında danışıqlar aparıblar, lakin atəşkəs haqqında razılığa gələ bilməyiblər.
Şahzadə Keyt Middlton xərçəng xəstəliyinin müalicəsində irəliləyişin olduğunu bildirib
Aİ Rusiyadan LNG və alüminiumun mərhələli şəkildə qadağan edilməsi imkanını nəzərdən keçirir
Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB
Baş beyin travması Alzheimer xəstəliyinin inkişafına təsir edə bilər
Tədqiqatçılar demensiya riskini yarıya endirən hobbini açıqlayıblar