Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb
Bakı, 29 noyabr, AZƏRTAC
Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı noyabrın 28-də polis əməkdaşları tərəfindən 1 ədəd “AKS-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 6 ədəd müxtəlif növ tüfəng və 25 ədəd güllə təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Zaqatalada avtomobil piyadanı vurub
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Laçınlı şagirdlər bilik yarışında iştirak ediblər
Naxçıvanda may ayı üzrə bütün növ sosial müavinətlər ödənilib
Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb