×
A
A
A
Sazlamalar

Şəkidəki obyektlərdən birinə ov tüfəngi ilə atəş açılıb

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Səmədov Famil Abduləli oğlu saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.

Regionlar 2023-11-28 21:56:00