Zaqatalada nəvə babasına bıçaqla xəsarət yetirib
Zaqatala, 28 noyabr, AZƏRTAC
Zaqatalada nəvə babasına bıçaqla xəsarət yetirib. İlkin araşdırmalarla gəncin psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata əsasən bu gün axşama doğru Zaqatala şəhər sakini, 21 yaşlı Ruslan İbrahimovun onunla eyni mənzildə yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirdiyi məlum olub.
Yaşar İbrahimov xəstəxanaya aparılıb, ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi Zaqatala rayon mərkəzi xəstəxanasında davam etdirilir.
Hadisədən sonra rayon polis şöbəsinin əməkdaşları Ruslan İbrahimovu şübhəli şəxs qismində saxlayıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başlanılıb, təhqiqat aparılır.
Bərdədə avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatı dayanıb
İmişlidə pambıqçılıq üzrə son 10 ilin maksimum məhsuldarlığı qeydə alınıb
Tərtər şəhərinin daha səkkiz küçəsinə asfalt örtük salınıb