×
A
A
A
Sazlamalar

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçısı müəyyənləşib

Bakı, 28 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu baş tutub.
AZƏRTAC xəbər verir ki, Premyer Liqa təmsilçisi “Turan Tovuz” II Liqada mübarizə aparan “Göygöl” komandasını qəbul edib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn meydan sahibləri 1/8 final mərhələsinə yüksəliblər.
Tovuz təmsilçisinin heyətində Ayxan Quseynov və Belaydi Pusi dubl edib. Digər qolu penaltidən Tərlan Quliyev vurub. Qonaqların yeganə qoluna isə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Ülvi Cəlilov imza atıb.
“Turan Tovuz” növbəti raundda “Zirə” komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl MOİK, “Karvan”, “İrəvan” və “Səbail” komandaları 1/8 finala vəsiqə qazanıblar. II təsnifat mərhələsinin digər oyunları noyabrın 29-30-da keçiriləcək.

İdman 2023-11-28 19:02:00