Fudokançılar Azərbaycan çempionatında güclərini sınayacaqlar
Bakı, 28 noyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə uşaqlar (12-13), yeniyetmələr və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və parakarate üzrə 31-ci ölkə çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, hər iki yarışda ümumilikdə 17 fudokançı mübarizə aparacaq.
Qadınlar arasında Zəhra Feyziyeva, Rəşidə Qafarlı, Mədinə Əliyeva, Leyla Mahmudlu, Şəfaqət Zeynallı, Zeynəb Abbasova və Turanə Əliyeva medallar uğrunda yarışacaqlar.
Kişilərin mübarizəsində isə Əli Hüseynli, Saleh Salayev, Rəvan Şirinov, Mirmehdi Hüseynzadə, Şəhriyar Behbudzadə, Nihat Şirinov, Ələkbər Maşayev, Ələkbər Ötərxanlı, Rza Rzazadə və Rəsul Orucalıyev qüvvəsini sınayacaqlar.
Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə baş tutacaq.
Türkiyə derbisi: “Fənərbağça” “Trabzonspor”u məğlub edib
La Liqa: “Barselona” və “Atletiko” turu qələbə ilə bitirib
Azərbaycan Basketbol Liqasında III tura yekun vurulub