Azərbaycan Türkiyənin TDT ölkələrinə olan ixracatında ən çox pay sahibidir
İstanbul, 28 noyabr, AZƏRTAC
Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə ixracat həcmi bu ilin on ayı ərzində 16,3 faiz artaraq 5,6 milyard dollara yüksəlib. Türkiyədən ən çox ixracat 1,8 milyard dollarla Azərbaycana edilib. Ötən il Türkiyənin TDT ölkələrinə ixracat rəqəmi isə 4,8 milyard dollar olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisindən bildirilib.
Qeyd edilib ki, eyni dövrdə Türkiyədən Qazaxıstana 1,5 milyard, Özbəkistana 1,4 milyard, Qırğızıstana isə 884,7 milyon dollar məbləğində ixrac edilib.
Beləliklə, bu ilin yanvar-oktyabr aylarında Qazaxıstan, Özbəkistan və Qırğızıstana bütün dövrlərin ən yüksək ixracı həyata keçirilib.
Son on ay ərzində Türkiyədən Qazaxıstana 45, Qırğızıstana 25,2, Özbəkistana 7,2, Azərbaycana isə 2,8 faiz ixracat artımı qeydə alınıb.
Ümumiyyətlə Türk Dövlətləri Təşkilatına üzv ölkələr yeni konyunkturda irəli sürdükləri baxış, layihələr və fəaliyyətləri ilə getdikcə daha da artan güc mərkəzinə çevrilir. Üzv ölkələr öz qaynaqları, gücləri və baxışları, eləcə də dünyanın ən mühüm logistika kanallarında yerləşdikləri geostrateji mövqeləri baxımından dünyanın ərzaq və enerji böhranlarının öhdəsindən gəlməkdə mühüm əhəmiyyətə malikdirlər.
Rusiyanın tikinti şirkətləri işgüzar missiya ilə Azərbaycana gələcək
“Azərpoçt” ÜPİ-nin Regional Strateji Forumunda təmsil olunub
® "Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi
Özbəkistan iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı Azərbaycanla əməkdaşlığa hazırdır