×
A
A
A
Sazlamalar

Azərbaycan Kuboku: “Səbail” darmadağınla 1/8 finala yüksəlib

Bakı, 28 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Səbail” komandası səfərdə “Şəfa”nın qonağı olub. Görüş “dənizçilər”in 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Samir Abdullayev, Yadin Luqasi, Adi Mehremiç, Taleh Qarayev, Amil Yunanov (2) və Aleksandr Ramalinqom vurublar.
“Səbail” növbəti mərhələdə “Zaqatala” – “Şamaxı” cütünün qalibi ilə qarşılaşacaq.
Daha əvvəl MOİK, “Karvan” və “İrəvan” komandaları 1/8 finala vəsiqə qazanıblar.

İdman 2023-11-28 17:00:00