×
A
A
A
Sazlamalar

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Şabranda vətəndaşlarla görüşəcək

Bakı, 28 noyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov dekabrın 5-də, saat 10:00-da Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-17) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Regionlar 2023-11-28 16:25:00