×
A
A
A
Sazlamalar

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları arasında voleybol birinciliyində 13 komanda mübarizə aparıb VİDEO

Bakı, 28 noyabr, AZƏRTAC

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları arasında voleybol birinciliyi keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən voleybol birinciliyi başlamazdan əvvəl çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti Vahid Məmmədov hərbi qulluqçular arasında idmanın kütləviliyinə nail olunması, güclü idmançı və komandaların müəyyənləşdirilməsi məqsədilə təşkil olunan idman yarışlarının əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi ilə təşkil olunan birincilikdə 13 komandadan 130 idmançı mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən yarışları Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının hakimləri idarə ediblər. Altı gün gərgin mübarizə şəraitində davam edən yarışların yekun nəticələrinə əsasən birinci və üçüncü yerdə motoatıcılar, ikinci yerdə isə xüsusi təyinatlılar qərarlaşıb.
Voleybol birinciliyinin sonunda qalib komandalar mükafatlandırılıb.

Ordu 2023-11-28 11:15:00

Video