Nazir: Gələn il Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü Gürcüstanda keçiriləcək
Bakı, 27 noyabr, AZƏRTAC
“Bizim region çox çətin gərginlik vəziyyətindədir. Ona görə də üçtərəfli görüş çox əhəmiyyətlidir. 2024-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli formatda görüşü Gürcüstanda keçiriləcək”.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Bakıda Azərbaycan-Türkiyə- Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında söyləyib.
“Biz bugünkü görüşdə qarşıda duran məsələləri müzakirə etdik”, - deyə nazir əlavə edib.
Müdafiə nazirinin müavini 11-ci Pekin Syanşan Forumunda iştirak edib