Azərbaycanın hərbi təyyarələri təlim atışları edib: 500 kiloqramlıq bombalarla atəş açılıb VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə təlim atışları icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib.
Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə yetirildikdən sonra Su-25ML tipli təyyarələrdən 250 və 500 kiloqramlıq qanadlı ağıllı aviasiya bombaları ilə yerüstü hədəflərə uzaq məsafədən atəş açılıb.
Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim atışlarında təyin edilmiş hədəflər dəqiq aviasiya zərbələri ilə uzaq məsafədən məhv edilib.
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir VİDEO
Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb VİDEO
Azərbaycanın Türkiyə, İtaliya və Macarıstanla hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub