Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, başsağlığında deyilir: “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.
Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin”.
Milli Müdafiə Universitetində NATO Müdafiə Kollecinin nümayəndələri ilə görüş keçirilib
NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti Azərbaycanda səfərdə olub
Gürcüstan nümayəndə heyəti hərbi təhsil müəssisələrində olub