FHN: Xəzər rayonu ərazisində hərbi sursat aşkar edilib VİDEO
Bakı, 26 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 10 ədəd 9mm-lik mərmi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Gənclər ekoloji problemlərin həlli istiqamətində yaradıcı yanaşmalar irəli sürüblər
Bərdədəki “RehaPoint” məntəqəsində əlilliyi olan 1450-dək şəxsə reabilitasiya xidmətləri göstərilib
Suraxanı rayonunda qanunsuz inşa olunan tikililər sökülüb VİDEO
Ankarada Şah İsmayıl Xətai irsinə həsr olunmuş tədbir keçirilib
Dekabrın 9-u axşamadək Bakının və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacaq