Ağdaşda qanunsuz ağac kəsən şəxs müəyyən edilib
Bakı, 25 noyabr, AZƏRTAC
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Ağzıbir kəndindəki meşə massivində üç ağacın kəsilməsi barədə şöbəyə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
Zərgərpalan hamamında arxeoloji irsin aşkarlanması ictimaiyyətə təqdim edilib
Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir
Polis Sumqayıtda ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini maarifləndirib VİDEO