×
A
A
A
Sazlamalar

“Vonka” filmi gələn ay nümayiş etdiriləcək

Bakı, 25 noyabr, AZƏRTAC
Britaniyalı rejissor Pol Kinqin ekranlaşdırdığı “Vonka” filmi dekabr ayında izləyicilərin qarşısına çıxacaq.
AZƏRTAC xəbər verir ki, fantaziya janrında çəkilən filmin qırx milyona ABŞ dollarına yaxın gəlir əldə edəcəyi gözlənilir.

Ekran əsəri Villi Vonkanın kiçik mağazada şokolad satan gəncdən bütün dünyada tanınan dahiyə çevrilməsindən bəhs edir.

Filmin baş rol ifaçısı Timote Şalametir.

 

Mədəniyyət 2023-11-25 15:22:00