Samux rayonunda sahibkarlarla görüş keçirilib
Samux, 25 noyabr, AZƏRTAC
Samux Rayon İcra Hakimiyyətində rayon sahibkarları ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarşılıqlı dialoq formatında keçən görüş zamanı sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, qarşıya çıxan aidiyyəti problemlər səsləndirilib, sahibkarlara çətinlik yaradan məsələlərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev öz çıxışında sahibkarlıq subyektlərinin fəaliyyətinin motivasiya olunması ilə rayon iqtisadiyyatının daha da inkişaf etdirilməsinin növbəti hədəf olaraq qarşıya qoyulduğunu, belə görüşlərin davamlı xarakter daşıyacağını bildirib.
F.Əliyev rayonda aparılan abadlıq və quruculuq işləri barədə sahibkarlara məlumat verərək qeyd edib ki, regionların dayanıqlı inkişafı istiqamətində dövlət başçısı İlham Əliyevin ölkədə milli sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı gördüyü işlər Samux rayonunda da özəl sektorun dinamik inkişafına güclü təkan verib.
İcra başçısı “Heydər Əliyev İli”nə töhfə olaraq, rayonda aqroturizm fəaliyyətinin yaradılması məqsədilə xüsusi layihə hazırlandığını, yaşıllaşdırma və ətraf mühitin mühafizəsi sahəsində əməli tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Çıxış edən sahibkarlar yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, onların fəaliyyətlərinin daha da genişləndirilməsinə köməklik göstərilməsi istiqamətində atılan addımları və əməli köməyi yüksək qiymətləndiriblər.
Şimal-qərb bölgəsi üzrə təhsil müəssisələrindəki vakant vəzifələrə 610 namizəd imtahan verib
Naxçıvanlı atlet Namiq Babayevdən ardıcıl 3-cü qızıl medal
Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB-2 VİDEO
Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər əvvəlki kimi həyata keçirilir YENİLƏNİB