Hərbi qulluqçularla tərbiyəvi işin təşkili üzrə metodiki məşğələlər keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, "Tərbiyəvi işin təşkili və psixoloq" ixtisası üzrə zabitlərin iştirakı ilə metodiki məşğələlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin nümayəndələri bir neçə hərbi hissədə tərbiyəvi işin təşkili mövzusunda görüşlər keçiriblər.
"Tərbiyəvi işin təşkili və psixoloq" ixtisası üzrə zabitlərlə keçirilən görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsində, onların xidmətə adaptasiyasında, şəxsi heyətin xidməti təhlükəsizliyinin və sağlamlığının qorunub saxlanılmasında, eləcə də hərbi intizamın möhkəmləndirilməsində zəruri metodiki tövsiyələr verilib.
Görüşlərdə, həmçinin Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə hərbi qulluqçulara məlumatlar verilib, qarşıda duran müvafiq tapşırıqların həlli mövzusunda zabitlərin üzərinə düşən vəzifə və məsuliyyətlər bir daha ətraflı izah olunub.
Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilib
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvana səfər edib
Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir
Bakıda Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşüb
Hərbi xidmətdə yaş həddi tətbiq olunmayan şəxslərin dairəsi genişləndirilir