×
A
A
A
Sazlamalar

“Azərişıq” sədri Şabranda vətəndaşları qəbul edib

Bakı, 24 noyabr, AZƏRTAC

Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şabranda Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Şabran rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

 

Regionlar 2023-11-24 17:17:00