×
A
A
A
Sazlamalar

Festival-konqresin iştirakçıları Kəngərlinin Çalxanqala kəndində olublar

Naxçıvan, 24 noyabr, Gülməmməd Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndi Qərbi azərbaycanlıların ən çox məskunlaşdığı yurd yerlərimizdəndir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ötən gün Naxçıvan şəhərində işə başlayan “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqresin iştirakçıları bu kənddə olub, vaxtilə deportasiyaya məruz qalmış soydaşlarımızla görüşüblər.
Qonaqlar Çalxanqala kənd mərkəzində Qərbi azərbaycanlılara məxsus müxtəlif məişət əşyaları, onların topladıqları bitkilər, hazırladıqları turşular və içkilərdən ibarət sərgiyə baxıblar.
Səsləndirilən aşıq ifaları tədbirə əlavə rəng qatıb.

Regionlar 2023-11-24 17:06:00